31.08.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət gösdərən Ağsu rayon Mədəniyyət Mərkəzində Qubadlı rayonunun işğalı günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbiri Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sənan Quliyev açaraq Qubadlının işğal tarixindən,rayonun hər tərəfdən işğalçı erməni birləşmələrinin mühasirəsində qaldığından danışdı. Sonra çıxış edənlər Zeynəb Məmmədova, Mələk Qəhrəmanova, Böyükağa Qənbərov, Qulaş Mirzəliyev son illərdə bu sahədə görülən işlərdən, Azərbaycan ordusunun uğurlu əməliyyatlarından, hərbiçilərimizin ruh yüksəkliyindən danışaraq, tezliklə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlı rayonu və işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildirdilər.