26.08.2018
Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.
Ulu öndər Heydər Əliyev
Yaşadığımız cəmiyyət – informasiya cəmiyyətidir. İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında uşaq kitabxanalarının üzərinə böyük vəzifə düşür. Bu gün mədəni və tarixi irsimizin qorunub saxlanılması kitabxanaların inkişafına gedən yoldan keçir. Kitabxana vətəndaşların informasiya tələbatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, fasiləsiz təhsilin inkişafında imkanlı zəmin yaradan mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsildən-nəsilə çatdıran bir elm müəssəsidir.
Kitabxanaların nüfuzunu artırmaq və fəal oxucuları cəlb etmək məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şöbəsində fəal oxucularla növbəti tədbir təşkil olundu. Qonaqlar cizgi filmlərini seyr edib fondumuzda olan yeni kitablarla tanış oldular. Əməkdaşlarımızla birlikdə xatirə şəkilləri çəkdirildi.
Gələcəyimiz olan uşaqları emlə, təhsillə zəngin böyüdək!