Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rasim Balayevin 70 illik yubileyi

26.08.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət gösdərən Ağsu rayon Mədəniyyət Mərkəzində Respublikanın Xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi, Şöhrət ordenli Rasim Balayevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra sənətkarı 70 illik yubileyi münasibətilə mədəniyyət işçiləri adından təbrik etdi. Tamaşaçılar sənətkarın 70 illik yubileyi haqqında çəkilmiş filmə tamaşa etdilər.

   Daha sonra isə tədbir Əmrah Məmmədovun, Əzizağa Əzizovun, Saleh Hüseynovun və Elçin Novruzovun rəngarəng çıxışları ilə davam etdi.