22.08.2018
İsmayilli Regional Mədəniyyət İdarəsinin tabeliyndə fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin "Qönçə" Xalq çalğı alətləri ansamblının bir qrup üzvü "Seyrəngah" İstirahət Kompleksində konsert proqramı ilə çıxış etmişdir. Əzizağa Əzizovun, Elbrus Tağıyevin oxuduqları xalq və bəstəkar mahnıları, Əmrah Məmmədovun musiqi sədaları altında səsləndirdiyi şerlər, Rəfael Nərimanoğlunun zurna və balabanda çaldığı el havaları istirahət edənləri zövqünü oxşamışdır.