Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ürəklərdə yaşayan muzeylərimiz”

20.08.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon tarix diyarşünaslıq muzeyində "Ürəklərdə yaşayan muzeylərimiz" mövzusunda dəyirmi masa təşkil edilmişdir. Cəbrayil, Füzuli, Qubadlı rayonlarının işğalı nəticəsində  talan edilmiş muzeylərimizin indiki zamanda taleyindən geniş mövzuda çıxışlar olunmuşdur. Milli,maddi mənəvi sərvətlərimizin güzgüsü, ən güvənli məkanı olan muzeylərimizin düşmən ermənilər tərəfindən işğal olunması, ümummilli qədim tariximizi əks etdirən eksponatların talan edilməsi  mövzusunda  muzeyin elmi işçisi Nəsibə Məmmədova geniş tarixi faktlarla məlumatlar vermişdir. Hər bir işğal olunmuş ərazilərdə neçə neçə tarixi xəzinələrimiz məhv edildi. Qədim ,ulu keçmişə malik olan tariximiz, bu tarixi yaşadan eksponatlar  yad əllərə keçdi. Artiq 25 ildirki həmin tarixi günlərdən zaman bizi ayırır.Yaşanan o günlər tarixə çevrilir. Lakin qaçqın taleyi yaşayan muzeylərimiz hər zaman yaddaşlarda qalacaq, ürəklərdə əbədi yaşayacaq.