Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzuli,Cəbrayıl və Qubadlı rayonlarının işğalından 25 il ötür

17.08.2018

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunub.1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını ,1993-cü ilin av-

qustun 31-də isə Qubadlı rayonlarını işğal ediblər. Ermənistanın həyata keçir-

diyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə

regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.

 İsmayillı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon  Mərkəzi kitabxanasında keçirilən tədbir də Azərbaycanın bu dilbər guşələrinin işğalının 25-ci ildönümünün anım gününə həsr olunmuşdur.Tədbirdə Ağsu  rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov, rayon sakinləri Polad Cavadov, Nəzakət Mürsəlova və Qulaş Mirzəyev çıxış etmişlər.