17.08.2018
İsmayillı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxanasında Demokratiya və İnsan Hüquqları İctimai Birliyi , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, dəstəyi ilə Mərkəzi kitabxana ilə birlikdə “Milli ailə dəyərləri müasir ailədə” adlı tədbir kecirildi. Tədbirdə Milli- Mənəvi, əxlaqi dəyərlər, tarixi köklərimiz, Milli ailə və müasir ailələr haqqında düşüncələr, Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir ? və digər mövzular ətrafında müzakirələr aparıldı.