15.08.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində şəhidlik zirvəsinə ucalmış insanlara həsr olunmuş tədbir təşkil edildi.
Tədbirdə “Qoşa ruhlar “ adlı sənədli film nümayış etdirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri hökümət təşkilatlarına Dövlət dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “İsmayıllı yazarları” ədəbi ictimai birliyidir.
“Qoşa ruhlar”, şairlikdən şəhidlik zirvəsinə gedən yol adlı lahiyyənin icraçı məqsədi ilə çəkilmiş “Qoşa ruhlar” adlı sənədli film vətən uğrunda şəhid olmuş iki gəncin həyatından bəhs edir. Filmin bir hissəsi 26 il bundan əvvəl, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas etmiş , özü isə tankın içində yanaraq kül olmuş, 1961-ci ildə Gəncə şəhərində anadan olmuş şəhid-şair Salmanov Aydın Arif oğlu haqqındadı
Filmin digər hissəsi İsmayıllı rayonunda 1993-cü ildə anadan olmuş, 2016-cı ilin aprel ayında Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş Mikayıl Vahabzadəyə həsr edilmişdir.
İctimaiyyət tərəfindən hörmət və ehtiramla qarşılanmış sənədli film rejisor Etibar Məmmədovun səyi nəticəsində həyata keçirilib. Lahiyyənin rəhbəri Aybəniz xanım Qafarovadır.