16.08.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Cümhuriyyət - şanlı tariximiz” mövzusunda cümhuriyyətin 100 illiyi ilə bağlı dəyirmi masa keçirilmişdir. Bilik fondunun aparıcı məsləhətçisinin mövzu ilə bağlı geniş mühazirəsindən sonra ARB – kanalının “Aranfilm” studiyasının “Sarmaşıqlı məzarlar” filminə baxış keçirilmişdir.
Tədbirdə rayon ictimaiyətinin 50 dən çox nümayəndəsi iştirak etmişdir. Tədbirin təşkil olunmasına rayon Mərkəzi kitabxanası , Mirzə Ələkbər Sabirin ev muzeyinin və Şamaxı Tarix Diyarşunaslıq muzeyinin kollektivi yaxından köməklik göstərmişdir.