Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

X Qəbələ Beynəlxalq Müsiqi Fesdivalı başa çatdı

07.08.2018

  X Qəbələ Beynəlxalq Müsiqi Fesdivalı 07 avqust tarixində böyük təntənə ilə başa çatdı. 30 iyul tarixində başlayan bu möhtəşəm musiqi fesdivalı demək olar ki, artıq tarixə qovuşdu. Ənənə halını almış bu beynəlxalq tədbirə dünyanın hər bir yerindən qonaqlar dəvət olunmuşdu. Bu il beynəlxalq festivalın X yubiley buraxılışı olduğu üçün xarici ölkə vətəndaşlarının sayı çoxluq təşkil edirdi. Dağların əhatəsində, Qəbələnin gözəl mənzərəsinin daha qabarıq şəkildə göründüyü bir məkanda “Heydər Əliyev Konqres Mərkəzi”nin ətrafında əsl musuiqi aşiqləri üçün təşkil olunmuş bu möhtəşəm festival çərçivəsində xarici vətəndaşların Azərbaycana, Qəbələyə gəlməsi bunu bir  daha sübut etdi ki, həqiqətən də artıq hər bir Beynəlxalq tədbirlərin keçirilməsi üçün Vətənimiz ən böyük siyasi arenada əlverişli məkandır.  Artıq on ildir ki, Qəbələ rayonunda təşkil bu tədbir möhtəşəmliyi ilə dünyanın diqqət mərkəzindədir.

   İsamyıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq Muzeyinin kollektivi də hər il olduğu kimi bu təntənəli mərasimdə iştirkçı olmuş, xarici ölkə vətəndaşlarının, yerli əhalinin, o cümlədən daxili turistlərin muzeyə cəlb olunması işində fəallıq və fəaliyyət göstərmişdir.