09.08.2018
Ağsu rayon Mədəniyyət Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə mədəniyyət müəssisələrinin ilin birinci yarısı üçün hesabat yığıncağı oldu. Hesabat yığıncağında İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasov, məsləhətçi Şamo Nuğayev və Ağsu rayonu üzrə baş məsləhətçi Cavanşir Şeydazadə iştirak edirdi. Hesabat yığıncağında görülmüş işlər, qarşıda duran vəzifələr, problem və təkliflər müzakirə olundu.