04.08.2018
Asudə vaxtın və istirahətin mənalı təşkili ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivlərinin növbəti çıxışı avqustun 4-də "Seyrəngah" istirsahət kompleksində baş tutdu. "Aşıqlar" ansamblının rəhbəri, "Fəxri Mədəniyyət işçisi" Məhəmməd Şirvanlının ifasında nəsihətamiz aşıq mahnıları, gənc müğənni Nəcəf Hacıyevin oxuduğu eşq sədalı mahnılar 90 dəqiqə ərzində "Seyrəngah"da dincələnlərin qəlbini oxşadı.