20.07.2018
İsmayıllı Rayon İcra Hakimiyyətii və İsmayıllı Regional Mədəniyyyət İdarəsinin birgə təşkilatçılığı ilə növbəti Milli Mətbuat Günü rayonun Buynuz kəndində, böyük şairimiz Musa Yaqubla bərabər keçirildi. Rayonumuzun tanınmış qələm əhlinin, ziyalıların iştirakı ilə baş tutan tədbir zamanı ürəyi sölə dolu olan mətbuat nümayəndələrinin bir-birindən maraqlı çıxışları dinlənildi. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Niyal" instrumental ansamblının bir-birindən maraqlı musiqi nömrələri tədbiriə xüsusi ovqat qatdı.