28.07.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağsu rayon Mədəniyyət Mərkəzində Respublikanın xalq artisti Mirzə Babayevin 105 illik yubileyi ilə əlaqədar "Kimlər gəldi, kimlər getdi" adlı konsert-gecə keçirilmişdir. Tədbirdə böyük sənətkarın həyat və yaradıcılığı haqqında söhbət açılmış, repertuarından olan "Saçlarına gül düzüm", "Kəpənək", "Bahar sənsiz", "Nə səndədir, nə məndə", "Kimlər gəldi, kimlər getdi" mahnıları, "Bəyin oğurlanması" filmindən mahnı və s. mahnılar ifa olunmuşdur