25.07.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi kitabxanada Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.” Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
6 mart 2018-ci I tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə keçirilən bu tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov,Ülkər Hacıyeva,Mərkəzi kitabxananın Elmi Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova,Polad Cavadov və Mələkxanım Qəhrəmanova sənətkarın həyat yolundan,ayrı-ayrı tamaşalardakı rollarından və kinolarda çəkildiyi çoxsaylı rollardan danışdılar.Sonda iştirakçılar Həsən Turabovun çəkildiyi filmlərdən fraqmentlərə baxış keçirdilər.