Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balacalarımızın nağıllar aləm

21.07.2018

Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Uşaq və yeniyetmə mütaliəsi təkcə cəmiyyətin deyil,  həm də  ölkəmizin öz gələcəyinə olan münasibətin göstəricisidir. Kitaba və mütaliəyə sevgi  aşılamağa lap kiçik yaşlardan başlamaq zəruridir.

 Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Uşaqlar üçün yazılan əsərlər xeyirxaxlı, mərd və cəsur qəhrəmanları, maraqlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçərli deyirdi:” o millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qism əsərləri kamal şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk  təlim və tərbiyyəsinin onları oxutmaq ilə başlayır”

Uşaqları mütaliəyə cəlb etmək üçün daha münasib və onların diqqətlərini  cəlb edəcək üsullar şeçərək İsmayıllı MKS-nın Uşaq şöbəsində növbəti tədbir təkşil olundu.  Əməkdaşımız  Tural Xalıqovun 2D variantında hazırladığı e-kitabxana proqramı qonaqlara təqdim olundu.  “Nağıllar aləmi” virtual kitabxana proqramı böyük maraqla qarşılanaraq iki (rus və azərbaycan) dillərində nümayiş etdirildi. Çoxsaylı tamaşaçılar tərəfindən alqışlanan tədbir bir sıra cizgi filmlərinin nümayişı ilə tamamlandı.