Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix-diyarşünaslıq muzeyi kollektivi mətbuat günü münasibətilə dəyirmi masa təşkil etmişdir

21.07.2018

22 iyul mətbuat günü münasibətilə İsmayıllı Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyi kollektivi Heydər Əliyev mərkəzində mərkəzin əməkdaşları ilə birlikdə  dəyirmi masa təşkil etmişdir.İlk olaraq muzeyin kiçik elmi işçi İlhamə Seyidova 22 iyul tarixi haqqında geniş mövzuda çıxış etmiş,1875 çi il 22mart tarixində Həsən bəy Zərdabinin ""Əkinçi" qəzetinə abunə olmaq istəyənlərə ilk "Elannamə" nin sürətinin muzeyin fondunda mühafizə olunduğunu bildirdi. Dunya xəbərləri, xalq təbabəti, əkinçilərə tövsiyələr, ölkə hadisələri və s. haqqinda məlumatları ilə xalqı maarifləndirmə prinsipləri əsasında fəaliyyət göstərən "Əkinçi"qəzeti bir sözlə desək dünyaya bir pəncərə idi. Daha sonra muzeyin ekspozisiya şöbəsinin müdiri Həqiqət Rüstəmli  "Əkinçi " qəzetinin kitab halında nəşri və buradakı qeydlərdən  məlumatlar verdi