20.07.2018
İsti yay ayları başlanandan İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasının işçiləri idarə və təşkilatlara səyyar kitabxana xidmətini həyata keçirir. 2018-ci ilin 20 İyulunda Ağsu şəhər Mərkəzi xəstəxanasının kollektivinə göstərilən kitabxana xidməti də bu qəbildən olub həkimlərə, orta tibb personalına yerindəcə kitabla xidmət etmək, xəstə və ahıl insanlara onları maraqlandıran mövzuda ədəbiyyatla təmin etməkdir. Mərkəzi kitabxananın işçiləri Xalidə Səfərəliyeva və Şəbnəm Əsgərlinin bu xidməti həm xəstəxana kollektivinin, həm də xəstələrin çox xoşuna gəlmişdir.