Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdərə və Ağdam rayonlarının işğalından 25 il ötür

20.07.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Ağdərə və Ağdam rayonlarının işğalının anım günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Mərkəzi kitabxananın İnformasiya resurs şöbəsinin müdiri Əzəmət Əliyev, fəal oxucu, rayon ziyalısı Eyvaz Bayramov və Azad Kərimov çıxış etmişlər. Çıxışlarda belə bir fikir vurğulanmışdır ki, hər bir azərbaycanlı əmindir ki, onun müqəddəs ziyarətgahları, azan səsinə həsrət qalmış məscidləri, musiqi səslərinə möhtac qalmış barlı-bərəkətli torpaqları, ata-babalarımızın uyuduqları məzarlıqlar tezliklə azad ediləcək.

  Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş sərgi ilə tanış olmuşlar.