Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Babaxan Alxanlının kitab təqdimatı

28.06.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan rayon Mərkəzi Kitabxananın təşəbbüsü ilə M.Səlimli adına Rayon Mədəniyyət Mərkəzində Nabur kənd sakini, el ağsaqqalı şair Babaxan Alxanlının “Qobustandan səs gəlir” kitabının təqdimatı keçirildi.  Tədbirdə Rayon ictimaitinin müxtəlif sahələrində çalışan  nümayəndələri, MKS-nin kənd kitabxana filiallarının əməkdaşları,  Qobustan rayon İH-nin nümayəndəsi İbrahim Şəfəq , rayon ziyalıları Qayıbov Ənvər,  Əli Niyazoğlu, Daşdəmirov Səmid , Şıxbala Elcan və başqaları iştirak edirdi.  Təqdimat mərasimini   Təklə musiqi məktəbinin direktoru Cəbrayılov Gülağa müəllim açaraq şairin həyat və yaradıcılığı, pedoqoji fəaliyyəti, yeni çapdan çıxmış 12 kitabı haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verdi. A.O. Çernyayevski adına 1 saylı orta məktəbin direktoru Sabirov İmran müəllim , Qayıbov Ənvər  və başqaları çıxış edərək  şairin yaradıcılıq yoluna  geniş nəzər saldılar. Tədbirdə iştirak edən Nabur kənd folklor ansmblının çıxışları iştirakçıların böyük marağına səbəb oldu.  Məktəblilərin ifasında şairin şerləri səsləndirildi.  Çox səmimi və canlı dialoq formatında keçən təqdimar mərasimində müəllif çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılarına  təşəkkür etdi. Tədbirin sonunda şairin kitablarından ibarət sərgiyə baxış keçirildi. Şair kitablarını imzalayaraq  oxucularına təqdim etdi.