28.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi kitabxananın Uşaq şöbəsi böyük azərbaycan şairi Mikayıl Müşviqin anadan olmasının 110 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 17 May 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq tədbir keçirmişdir. Şairin bədii yaradıcılığına həsr olunmuş həftə ərzində kitab sərgisi təşkil olunmuş, əsərləri təbliğ edilmiş, şeir müsabiqəsi keçirilmişdir.