25.06.2018
AzərbaycanSilahlı Qüvvələrin 100 illiyi İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə “Orman” istirahət mərkəzində İsmayıllı rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
İcra hakimiyyəti başçısının nitqindən sonra Dövlət Himni səsləndirilib və oxunub.
Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov, ŞHXÇDX İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, Aprel döyüşləri qazisi Yaşar Ağayev, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, hərbi işçi olmuş mərkəzi kitabxana sisteminin direktoru Könül Baxışova və başqaları çıxış ediblər. Şəhər 6 saylı tam orta məktəbin hərbi idman oyunlarında həmişə fərqlənən, hərbi vərdişlərə uğurla yiyələnən şagirdləri iştirakçıları təbrik ediblər.
İsmayıllı Regional Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instumental ansamblı vətənpərvərlik ruhlu mahnıları ilə hər kəsin ruhunu oxşayib.
Bir neçə nəfərə RİH başçısının fəxri fərmanı verilib.