Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar gələcəyimizdir!

27.06.2018

Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Uşaqlar üçün yazılan əsərlər xeyirxaxlı, mərd və cəsur qəhrəmanları, maraqlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçərli deyirdi:” o millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qism əsərləri kamal şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk  təlim və tərbiyyəsinin onları oxutmaq ilə başlayır”

Balacalarımızı vətənpərvər, kitabsevər, mütaliə etməklə böyümələri üçün İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şəbəsində silsilə tədbirlər təşkil olunur.  Əməkdaşlarımız tərəfindən “Nağıl otağı”nda fidanlarımıza nağıllar oxunur, cizgi filmləri göstərilir. Balacalar bizim gələcəyimizdir. Gələcəyimizi parlaq edək!