22.06.2018
İsamyıllı Regional Mədəniyyət İdarəsnin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasının və Mədəniyyət Mərkəzinin 26 İyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Gününə həsr edilmiş dəyirmi masa təçkil etmişdir. Mərkəzi kitabxanada keçirilən toplantıdakı məruzə və çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb. Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və precursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir. Məruzə və çıxışlarda narkomaniyaya qarşı mübarizə sahəsində rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışılıb.
Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kinoya və kitab sərgisinə baxış keçiriblər.