Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq yazıçısı İsa Hüseynovun -90 illiyi

20.06.2018

 İsa Hüseynov Azərbaycan nəsrinin inkişafında sanballı xidmətləri olan söz sənətkarıdır. Yeni Azərbaycan nəsrini onun, artıq nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan  təsəvvür etmək çətindir.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət  İsmayıllı MKS-nın Uşaq şöbəsində yazıçının  90 illik yubileyinə həsr olunmuş tədbir təşkil olundu.  Müxtəlif yaşlı oxucularla yazıçının əsərləri  barədə müzakirələr aparıldı. Yazıçının yaradıcılığının başlıca xususiyyəti folklorla, xalqın bədii təfəkkür prinsipləri, estetik və əxlaqi kateqoriyaları ilə dərin bağlılığı olduğu söylənildi.

 Tədbir Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemləri vahid sujet  xəttində ustalıqla birləşdirdiyi “İdeal” əsərindən parçaların oxunması ilə tamamlandı.