13.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini təşkil edən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunmuşdur. İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Tarixin şanlı səhifələri” adlı videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında Ulu öndər Heydər Əliyevin Vətəni, xalqı qarşısındakı böyük xidmətləri bir daha yada salınıb. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra vətəndaş müharibəsinin qarşısı alınıb, cəbhədə atəşkəs təmin olunub.
Məruzə və çıxışlarda bildirilib ki, görkəmli dövlət və siyasi xadim olan Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm hadisə kimi daxil olub. Bu qayıdış ölkəmiz üçün hazırlanan məkrli planların qarşısına sipər çəkib, siyasi varlığımıza doğru uzanan xain əlləri kəsib. Bu qayıdış, həm də müstəqilliyimizin əbədi və dönməzliyini, Azərbaycanın regionun ən qüdrətli dövlətinədək yüksəlməsini təmin edib. Həmçinin, Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın fəth etdiyi yeni zirvələrdən danışılıb.