13.06.2018
Milli Qurtuluş Günü münasibətilə Ağsu rayonu Heydər Əliyev adına parkda “Sən xalqına arxa oldun!” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qönçə” xalq çalğı alətləri ansamblı çıxış etmişdir.
Son vaxtlar keçirilən tədbirlərdə İsmayıllı Regional Mədəniyyət İdarəsini tabeliyində fəaliyyət göstərən müəssisələrin birgə çıxışı artıq ənənə halını almışdır. Bu tədbirdə isə ağsuluların qonağı Qobustan rayonu Təklə kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərdən ibarət özfəaliyyət kollektivi idi. Kollek-tivin “Saz ansamblı”nın ifasında “Şirvan gözəlləməsi” mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.