10.05.2018
İsmayıllı rayonunda turizm mövsümünün açılışı ilə əlaqədar “Orman” istirahət mərkəzinin açılışı oldu. Tədbir zamanı İsmayıllı rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, digər müəssisə və təşkilatların əməkdaşları iştirakı etmişdir.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Niyal" instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.