25.05.2018
Qobustan rayonu Heydər Əliyev adına parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi kitabxana bayram münasibəti ilə müxtəlif mövzularda sərgi təşkil etdi. Sərgi ilə geniş rayon ictimaiyyəti tanış oldu və onların müxtəlif mövzularal bağlı sorğularına kitabxanaçılar cavab verdi, onalrı kitabxanaya dəvət etdi.