13.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyinin kollektivi Heydər Əliyev mərkəzində 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar olaraq dəyirmi masa təşkil etmişdir. İlk olaraq muzeyin elmi işçi İlhamə Seyidova 1993_cü ilin 15 iyun tarixi haqqında geniş mövzuda çıxış etdi. 1993 çü il 15 iyun günü Azərbaycan tarixinin şanlı səhifəsi kimi hər bir azərbaycan vətəndaşının yaddaşında dərin, silinməz izlər qoymuşdur. Xalqın təkidli tələbi ilə Heydər Əliyev elə bir zamanda hakimiyyətə gəldi ki, artıq Azərbaycanı erməni kimi qəddar düşmənlər və düşmən qüvvələr didib parçalamaq, məhv etmək üçün həmlə gözləyirdi. Xalqın ölüm və ya olum dilemması qarşısında qaldığı o anda, çətin bir zamanda Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Bəli bu tarixi hadisə indi də xalqımız tərəfindən şərəflə anılır. Onuda qeyd etmək lazımdır ki, Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyi də ilk olaraq 1980-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə bağlı regionlarda yaradılan muzeylər sırasına daxildir.
Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan”adlı video çarx nümayiş olundu.