Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan rayonunda “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir

13.06.2018

Qobustan rayonunda “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi. İlk növbədə Qobustan rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının Ümummilli lideri,Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.Tədbir Qobustan rayon Gənclər Mərkəzində davam etdirildi. Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna və əvəzolunmaz xidmətləri haqqında geniş məruzə etdi. O, çıxışı zamanı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

      Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin hazırladığı geniş konsert proqramı dinləyicilər tərəfindən hərarətlə qarşılandı.