13.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Dövlətçilik tariximizdə möhtəşəm Qayıdış” adlı dəyirmi masa keçirildi. Tədbirdə Mərkəzi kitabxananın , Dövlət Rəsm Qalereyasının , rayon Heydər Əliyev Mərkəzinin işçiləri iştirak edirdilər.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbirin davamı olaraq Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olumuş sənədli filmə baxıldı.
Mərkəzi kitabxana və kitabxana filiallarında “15 İyun Milli Qurtuluş Günüdür”, “Möhtəşəm Qayıdış” başlıqlı sərgilər təşkil olunmuşdur.