Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun-Qurtuluş günü münasibətilə dəyirmi masa keçirildi

13.06.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzində “Qurtuluş günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir.Tədbirdə Qəbələ rayon Mədəniyyət müəssisələrində  çalışan  işçilər  iştirak etmişdir.Tədbiri giriş sözü ilə İsmayıllı regional Mədəniyyət   idarəsinin baş məsləhətçisi Nargilə Qafarova açmışdır. O, öz çıxışında  tariximizə  Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 İyun gününün tarixi əhəmiyyətindən danışmış,  Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüşün yarandığını, həmçinin beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlandığını vurğulamışdır. 

Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev,  Qəbələ Dövlət Rəsm Qalareyasının direktor əvəzi Təzəgül  Nəsmiyeva, Mədəniyyət Mərkəzinin işçisi Nərgiz  İsrayılzadə, 2 saylı Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Xəyal Gəncimov, MKS-nin uşaq şöbəsinin müdiri Sevda İsrayılova,  İncəsənət məktəbini müəllimi Qərənfil  Əmiraslanlıçıx ış edərək 15 iyun  Qurtuluş gününün Azərbaycana  gətirdiyi səadət, maddi rifahın siyasi və iqtisadi sabitliyindən danışdılar. Eyni zamanda çıxışlarda bu gün ölkənin müstəqilliyinin  möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən  uğurla qorunduğu xüsusi olaraq vurğulanmışdır.