Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı Tarix-Diyarşünaslıq muzeyində ”Milli Qurtuluş Günü” adlı tədbir

13.06.2018

    Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır Ulu öndər Heydər Əliyev.   

    Bu münasibətlə də İsmayıllı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyində "Milli Qurtuluş Günü" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Məleykə Kamilova açdı. Sonra şəhər 10 saylı tam orta məktəbin tarix müəllimi Şıxıyev Vasif "Milli Qurtuluş Günü"nün özəlliyindən, tarixindən tədbir iştirakçılarına geniş məlumat verdi. Muzeyin kiçik elmi işçisi Baxşıyeva Zərifə "15 İyun-Milli Qurtuluş Günü" adlı məruzə ilə çıxış etdi.

     Sonda tədbir iştirakçıları hazırlanmış sərgiyə baxdılar.