13.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı şəhər 1saylı tam orta məktəbin 80 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin o zamanki məzunları, indiki rayon təşkilatlarının məsul işçiləri, hal-hazırda Bakıda çalışan professorlar, dotsentlət, elm və təhsil işçiləri , Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin rəhbərliyi iştirak etmişlər.
Tədbirin bədii hissəsində “Buta” rəqs kollektivi qonaqlar üçün hazırlanmış kiçik konsert proqramında uğurla çıxış etmişlər. Sonda 1saylı tam orta məktəbin direktoru Dilarə xanım tədbirin keçirilməsi üçün yaradılan şəraitə və dəstəyə görə Mərkəzin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir