13.06.2018
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun-Milli Qurtuluş günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətlərinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində müxtəlif yaşlı oxucuların iştirakı ilə tədbirlər təşkil edilir. Kitabxanamızın oxu zalında 15-iyun Milli Qurtuluş gününə həsr edilmiş “Qayıdışdan başlayan Qurtuluş” adlı sərgi qonaqlarımıza nümayış olunur.