11.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Keçirilən tədbir zamanı Məhbibə Əhmədova, Kəmalə Mütəllibova, Leyla Abasova və 3 saylı məktəbin müəllimi Ülviyyə Dəmirova belə bir fikir vurğuladılar ki, 1993-cü il 15 iyunundan hakimiyyətə yenidən qayıdan Heydər Əliyev Azərbaycanda yeni eranın başlanğıcını qoydu. Bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.