Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubiley”konserti

06.06.2018

   Beynəlxalq Muğam Mərkəzində Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hazırladığı “Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi” münasibətilə konsert keçirilmişdir. Konsertdə  Mərkəzi İncəsənət Məktəbinin  direktoru Əziz Qarayusiflinin dəvəti ilə İsmayilli Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin qarmon ixtisası üzrə IV  sinif şagirdi, Müsabiqə Diplomantı Natiq İskəndərovun Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin  “İpək yolu” kamera orkestrinin müşayiəti ilə müvəffəqiyyətlə çıxışı olmuşdur. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti Vaxtanq İmanovdur.Konsertdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə, sözügedən şagirdin müəllimi Tədris işləri üzrə direktor müavini  Lalə Zakirova, Şöbə müdirləri  Gülnarə Vahidova, Xatirə Mirzəyeva, Afaq Həsənova işritak etmişdilər.