Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə “Tarixin canlı səhifələri” adlı VI gənclər festivalı keçirilib.

06.06.2018

  Qəbələdə “Tarixin canlı səhifələri” adlı VI gənclər festivalı keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə Qəbələ rayonunda “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşada nümayiş olunub. Hər tərəfi dağlarla əhatə olunan yaşıl sahədə qurulan səhnədə keçirilən festivalda Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının aktyorları çıxış ediblər. Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi təqdim olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini, 1918-ci ilin mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsini gənclərə əyani olaraq çatdırmaq məqsədilə keçirilən festival zamanı nümayiş olunan  tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumuna məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnəsi ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, insanların o dövrdəki yaşayışı milli geyimli aktyorlar tərəfindən peşəkarlıqla canlandırılıb. Qəbələ rayonunda 1918-1920 ci illər Azərbaycan tarixini əks etdirən canlı, sənədli filim incəsənət işçiləri tərəfindən çox yüksək səviyyədə səhnələşdirilərək tamaşaçıların ixtiyarına verildi. Bir neçə ay ərzində planlaşdırılmış  bu film əsl sənət nümunəsi, xalqımızın tarixini dəqiqliklə tamaşaçı diqqətinə çatdırılması işində də böyük əhəmiyyət kəsb etdi. Bütünlüklə xalqımızın adət-ənənələri, tarixi faciələri, sevinc və fərəhli anları bu canlı film tamaşada tamamilə öz əksini tapmışdır. 1918-ci ilin  31 mart soyqırımının ağrı acısı, nəhayət 28 may gününün  şanlı Vətən tarixi, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin min bir əziyyətlər bahasına ərsəyə gəlməsi bu film tamaşada bütünlüklə aydın şəkildə təzahür olunurdu. 1918-ci ilin 31mart soyqırımı səhnəsi zamanı kədərli göz yaşlarını  tamaşanın sonunda elə həmin ilin 28 may gününün fəxarətli , qürurlu anları əvəz etdi. Bu film tamaşa hər bir izləyicinin qəlbində dərin bir iz buraxdı.