01.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin 2017/18-ci tədris ilinin Hesabat konserti keçirildi.Tədbirdə Qobustan rayon ictimaiyyətinin nümayəndələri, rayon ziyalıları, İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Qobustan rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etdilər.
Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı dinləyicilər tərəfindən böyük hərarətlə qarşılandı. İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbinin direktoru Bəhruz Həşimov və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktor müavini Araz Şəmdinli çıxış edərək Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin kollektivinə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi cənab Elnur Hüseynovun təbriklərini çatdırdılar. Sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı məktəbin direktoru Zaur Cəfərova təqdim olundu.
Tədbirin sonunda Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət direktoru Zaur Cəfərov 2017/18-ci tədris ilində fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar təqdim etdi.