Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ksanti şəhərində ”Musiqi Cığırı” adlı 7-ci Uşaq İncəsənət Sərgisi keçirilmişdir

07.06.2018

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinə Yunanıstandan gələn məktubda bildirilir ki, 2016-2017-ci illərdə Yunanıstanın Uşaq İncəsənət Akademiyası və Muzeyinin təşkilatçılığı ilə Ksanti şəhərində ”Musiqi Cığırı” adlı 7-ci Uşaq İncəsənət Sərgisi keçirilmişdir. Bu sərgidə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsinin III sinif şagirdi Musayeva Şəlalə “DİPLOM”əldə etmişdir. Məktubda həmçinin yeni 2018-2019-cu illərdə keçiriləcək 8-ci Uşaq İncəsənət Sərgisinə dəvətnamə əlavə olunmuşdur.