06.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəsdəyi ilə ″Yaddaş″ kinostudiyasında lentə alınmış Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən ″Xüsusi təyinatlı″ filminin nümayiş keçirildi.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov bildirdi ki, bu film İsmayıllı rayonundan olan Azərbaycanın Milli Qəhrəmanlarından biri Mehdi Abbasovun xatirəsinə həsr olunmuşdur. Elnur müəllim Mehdi Abbasovun timsalında Azərbaycanın digər qəhrəman oğul və qızlarından danışaraq qeyd etdi ki, bu gün müstəqil, çiçəklənən, qüdrətli bir dövlətin vətəndaşları olmağımızı vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə borcluyuq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz xanım Sultanova danışaraq qeyd etdi ki, Mədəniyyət Nazirliyinin dəsdəyi ilə Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən 70 dən çox film çəkilmiş və hər bir Milli Qəhrəmana aid film ilk dəfə onun öz böyüyüb boya-başa çatdığı torpağında nümayiş etdirilir. ″Yaddaş″ kinostudiyasında Qurban Səlimovun rejissorluğu ilə çəkilmiş filmdə Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolundan geniş bəhs edir.
Sonra film nümayiş olundu.
Filmin nümayişi bitdikdən sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov Milli qəhrəman Mehdi Abbasobun timsalında bütün şəhidlərə Allahdan rəhmət dilədi və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Söz İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya verildi. Sevil xanım çıxışı zamanı bildirdi ki, Milli Qəhrəmanlarımıza həsr olunmuş tədbirlər gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində çox böyük əhəmiyyəti vardır. Gün o gün olsun Azərbaycanımızın bayrağı işğal olunmuş torpağlarda dalğalansın və bizim hər bir şəhidimizin ruhu şad olsun. Çıxışının sonunda Sevil xanım Mehdi Abbasovun xatirəsinə həsr olunmuş bu filmə görə İsmayıllılar adından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə öz dərin minnətdarlığını bildirdi.
Sonda çıxış edən İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşı Rəna Mirzəliyeva bildirdi ki, Qəhrəmanlar ölmür, qəhrəmanlığ unudulmur. Sonra Mehdi Abbasov haqqında xatirələrindən və ona həsr etdiyi məqalələrindən geniş söhbət açdı və Ona Allahdan rəhmət dilədi.