Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

″Ətraf mühitin mühafizəsi günü″ ilə əlaqədar olaraq dəyirmi masa

05.06.2018

      İsmayıllı Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Heydər Əliyev Mərkəzində ″Ətraf mühitin mühafizəsi günü″ ilə əlaqədar olaraq dəyirmi masa təşkil etmişdir. Bu əlamətdar günün tarixi ilə bağlı muzeyin kiçik elmi işçisi İlhamə Seyidova geniş mövzuda çıxış edərək hər bir kəsi təbiəti mühafizə işində fəallıq göstərməyə çağırdı. Tədbir zamanı digər masa iştirakçılari da Qəbələnin təbiəti haqqında, bu gözəlliyi mühafizə işində yeni kollektiv planların hazırlanması mövzusunda çıxış etdilər. Muzey kollektivi olaraq muzeyin həyətyanı sahəsində yeni meyvə ağaclarının əkilməsi, bir sözlə buraya gələn turistlərə yay turizmi mövsümündə ağacların        kölgəsində, gül-çiçəklərin əhatəsində muzey xidməti göstərilməsi işindən də  geniş mövzuda danışıldı.