Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar Bizim Sevincimizdir “

01.06.2018

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə 1 saylı uşaq baxçasında oldular. ”Uşaqlar Bizim Sevincimizdir “ adlı tədbirdə bir-birindən maraqlı şeirlərlə, mahnılarla rəqslərlə ifa olundu. Uşaqlar  “Tülkü və doşan“ nağılından səhnəciklər təqdim etdilər. Balacaların sevincinə kitabxananın əməkdaşları da onlarla rəqs edərək şərik oldular. Sonda balacalar nağıl kitabları ilə tanış oldular.