Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin aylıq seminar iclası

04.06.2018

   İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin kollektivinin aylıq seminar iclası keçirildi.

   Tədbir zamanı Mədəniyyət Mərkəzinin direktor müavini Araz Şəmdinli cari aylarda  əmək nizam-intizamının yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyi və səmərəliliyinin artırılmasının təmin edilməsi, nəzərdə tutulmuş bir çox tədbirlərin və məsələlərin icrası ilə bağlı əməkdaşlarına tapşırıqlar verdi.

    Həmçinin iclasda 15 iyun- Milli Qurtuluş Günü, 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə  həsr olunacaq tədbirlər, ikinci yarımildə nəzərdə tutulmuş tədbir planı ilə bağlı müzakirələr aparıldı, Araz Şəmdinli tərəfindən lazımı tapşırıqlar verildi, iştirakçıların təklifləri dinlənildi, daha sonra bu yöndə tədbirlər planı müzakirə olunaraq işçi qrupu təyin edildi.