30.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Mədəniyyət evinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada Yusif Nazim Ərəbsoyun “Cənab şair” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Mədəniyyət evinin bədii rəhbəri Məmmədov Rəfael , A.O. Çernyayevski adına 1 saylı orta məktəbin şagirdləri , kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın müdiri Adilə Cəbrəyılova açdı və bildirdi ki, son dövrdə kitabxanalarımıza həm klassik, həm müasir dövr yazıçılarının və şairlərinin əsərlərinin alınması kitabxanaya gələn oxucuların tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Həmin kitabların oxuculara çatdırılması üçün təqdimat mərasimlərinin keçirilməsi diqqət mərkəzindədir.
Rəfael Məmmədov çıxış edərək şair haqqında təssüratlarını bölüşdü. Şair öz yaradıcılıq yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbir iştirakçıları şairin yeni kitabları ilə tanış oldular.
Tədbirin sonunda şair Şair Yusif Nazim Ərəbsoy kitablarını kitabxanamıza hədiyyə etdi.