Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuş ədəbi-bədii gecə

24.05.2018

   İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon Heydər Əliyev Mərkəzində şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin təşkilatçılığı ilə Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

  Tədbirin keçirilməsində məqsəd dahi Azərbaycan şairinin həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək və ədəbiyyat fənninə marağın artırılması olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin ictimai -siyasi, humanitar məsələlər üzrə baş məsləhətçiləri N. Bəşirova və K. Tacızadə iştirak edirdi.  

   Əvvəlcə tədbir iştirakçıları foyede Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış oldular. Sonra dramaturqun həyat və yaradıcılığından danışan natiqlər yeni nəslin düşüncəsində, dünyagörüşündə, Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıblar. Ümummilli Liderin təşəbbüsü ilə 1982- ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin xalqımız üçün əlamətdar hadisə olduğu bildirilib.

    Daha sonra məktəbin VI- X sinif şagirdləri tərəfindən H.Cavidin "Qız məktəbində " şeiri, "Ana" dramından səhnəcik, "İblis" əsərindən İblisin monoloqu, "Kor ərəb" mahnısı və şeirlər səsləndirildi. Məktəbin ədəbiyyat müəllimi Leyla Mehdiyevanın hazırladığı şairin həyatından bəhs edən video-slayd tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

    Sonda çıxış edən məktəbin direktoru Günay İnayətova tədbirin keçirilməsində göstərdiyi köməyə görə Heydər Əliyev Mərkəzinin direktoru R.Tacızadəyə və əməkdaşlara dərin təşəkkür etdi.