Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq şöbəsində - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir

01.06.2018

   Bu gün İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində keçirilən tədbir Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuşdu.

   Uşaq şöbəsinin “Nağıl otağı”nda baş tutan tədbirdə şəhər 1 nömrəli Uşaq bağçasının körpə fidanları iştirak edirdi.Tədbiri açan kitabxananın əməkdaşı Mənsurə Qaçayeva  Uşaqların Beynəlxalq Müdafiəsi günü haqqında balacalara məlumat verdi.Vurğuladı ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür. Sonra uşaqlar öyrəndikləri şeirlərdən parçalar söylədilər.