01.06.2018
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır.
Bu əlamətdar gün münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında tədbir təçkil olundu. Ağsu şəhər 3 nömrəli məktəbin müəllimi Dilarə Rəcəbova və Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Məhbubə Əhmədova dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan, uşaq problemlərinin aradan qaldırılması yollarından danışdılar.
Sonda uşaqlar bu mövzuda təşkil olunmuş sərgi ilə tanış oldular.