03.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta”rəqs kollektivi Rayon Mədəniyyət Mərkəzində Şamaxını ziyarətə gələn xarici qonaqlar üçün hazırlanmış kiçik konsert proqramında uğurla çıxış etmişlər. Konsertdə həmçinin Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Aşıq Ağamurad İsrafilovun rəhbərlik etdiyi “Şirvan” folklor ansamblı, Aşıq İxtiyar və Aşıq Rza maraqlı çıxışları ilə qonaqların rəğbətini qazanmışlar. Sonda “Yallı rəqsi”–nin müşayiəti ilə qonaqlar da rəqsə dəvət olunmuşlar.